Arayik Qarabağdakı rus hərbçilərinin və texnikasının sayının ARTIRILMASINI İSTƏDİ

14:48 13.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

1991-ci ildən Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu rejimin Milli Ordumuzun 44 günlük müzəffər savaşından sonra Rusiya tərəfindən xilas edilmiş tör-töküntülərinin başçısı Araik Arutyunyan dünən – aprelin 12-də Xankəndi şəhərindən Tərtər rayonunun işğal altında qalan Ağdərə şəhərinə gəlib.

Hafta.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, A.Arutyunyan separatçıların “Mardakert” adlandırdıqları  “rayon”un qanunsuz “rəhbərliyi” ilə yığıncaq keçirib.

Baş separatçı çıxışında Xocalı rayonunun Fərux kəndi ətrafındakı vəziyyətə  toxunaraq qeyd edib ki,  guya  Azərbaycan tərəfinin geri çəkilməsi ilə bağlı  Rusiya "sülhməramlı" komandanlığı ilə danışıqlar davam edir.

Xunta başçısı bildirib ki, Rusiya sülhməramlı qoşunlarının təminatları və fəaliyyətləri ilə paralel olaraq  separatçı "hökumət"  "özünün təhlükəsizlik mexanizmlərinin və mülki müdafiə sisteminin təmin edilməsinin səmərəliliyinin yüksəldilməsi" istiqamətində işləri davam etdirəcək.

O, Yuxarı Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş rus hərbiçilərinin sayının və hərbi texnikasının sayının artırılmağı olduğunu iddia edib.