Araz çayının suyu Təbrizə nəql olunur

10:24 14.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qafarzadə 14-cü hökumətdə Araz çayından suyun Təbrizə nəqli layihəsinin icra edildiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Yusif Qafarzadə deyib ki, Araz suyunun Şəbüstər düzü və Urmiya gölünə nəqli layihəsi də lazımi ciddiyyətlə həyata keçirilir.

“145 kilometr uzunluğundakı Araz su nəqli layihəsi Şərqi Azərbaycanın ən mühüm və həyati əhəmiyyət daşıyan infrastruktur layihələrindən biridir və üç milyona yaxın əhalisi olan 22 şəhər və 169 kəndi içməli su ilə təmin edəcək” deyən su idarəsinin redaktoru əlavə edib ki, layihənin ilkin 35 kilometri diametri 2 min millimetr olan polad boru xətti ilə əlaqədar obyektlərlə birlikdə Sərhəd Sularının Milli İnkişaf Fondunun vəsaiti hesabına həyata keçirilib.

“Qalan 110 kilometri, o cümlədən 2 min millimetrlik polad boru xətti, təmizləyici qurğu, nasos stansiyası, yeddi uzunluqlu tunel tikintisi davam edir”, o deyib.