Araz və Zərdüşt Əlizadələr bu gün də müstəqilliyimizi həzm edə bilmirlər - Nemət Pənahlı

16:00 21.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Mən həbsdən çıxandan sonra artıq gördüm ki, Xalq Cəbhəsinin təşəbbüs qrupu elan edilib və mənim adım da orda birinci yerdədir. Mən Zərdüşt qanadının KQB agenturası olduğunu mütləq səviyyədə bilirdim.

Bu fikirləri hafta.az-a Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı deyib.

Onun sözlərinə görə bu gün belə, 30 ildir Azərbaycan müstəqil olub yenə Araz Əlizadə, Zərdüşt Əlizadə müstəqilliyimizi həzm edə bilmirlər:

"Mən Əbülfəz bəyə sual vermişəm ki, bəy sən bilirsən ki, Xalq Cəbhsini KQB yaradır? Deyib hə. Sən bilirsən ki, Zərdüşt, Araz KQB-nin agenturasıdır, deyib, hə. Dedim başa düşə bilmədim. Mənim adımı ora niyə yazdırmısan. Və özün orda nə gəzirsən. Mənə deyib ki, bəy biz taktika işlədirik. Biz KQB-siz təşkilat yarada bilmərik. Biz ona görə də KQB-nin agenturası ilə əməkdaşlıq etmək məcburiyyətindəyik, biz bu təşkilatı yaradacağıq və bu agenturaların hesabına qeydiyyatdan keçəcəyik , rəmi qeydiyyatdan keçəndən sonra biz əsas proqramımızı ortaya qoyacağıq. Onda mən bəyə demişəm ki, yenidənqurmaya yardım məqsədi ilə yaradılan ictimai təşkilatın üzvü ola bilmərəm. Çevrəmdə olan agenturanın əli ilə məni xalq cəbhəsinin yaradılmasına zorladılar. Beləliklə biz xalq cəbhəsini yaratdıq.

İndi bunlar belə təqdim edirlər ki, guya Xalq Cəbhəsi Milli Azadlıq Hərəkatını yaradıb. Qardaş, Milli Azadlıq Hərəkatı 1988-ci ilin meydanında başlayıb. Bir il ondan sonra yaranan təşkilat özündən əvvəlki təşkilatın yaradıcısı necə ola bilər? Necə aparıcısı ola bilər. Sözün qısası mitinqlər başladı, xalq cəbhəsi yarandı bütün SSRİ-ni silkələdi, sonra Əbülfəz, Etibar, Rəhim Qazıyev çıxdı önə. Təzədən Pənah, İsa bəy meydana atılanda mən tələb elədim ki, bu agentura açılmalıdır. Bəyə dedim ki, Xalq Cəbhəsi təsdiq edilib, qeydiyyatdan keçib indi aç. Açılmadı, oyunlar qurmağa çalışdılar. Bu gün də mənim Əbülfəz bəyi bağışlamadığım budur ki, Azərbaycan milli hərəkatına Əbülfəz bəyin etdiyi xəyanəti heç kim etməyib".

Oxunma sayı 75
Siyasət rubrikasından digər xəbərlər