Argentinanın yeni ifrat sağçı və ABŞ-yönlü prezidenti Xavyer Miley 2024-cü il yanvarın 1-dən rəsmi olaraq BRİKS-ə üzv olacaq ölkəsinin qərarını dondurub.
Hafta.az-ın yazdığına gpörə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Argentinada 2024-cü il yanvarın 1-dən etibarən BRİKS-ə tamhüquqlu üzv olmaq haqqını qazanacaq yeni hökumətin üzvlük məsələsini nəzərdən keçirmək üçün “fasilə” verdiyini bildirib.
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İran və Efiopiyanın avqust ayında BRİKS-ə qəbul edildiyini xatırladan Lavrov, bu ölkələrlə eyni vaxtda üzvlük təsdiqlənən Argentinanın üzvlük və əməkdaşlığı yenidən düşünmək üçün "fasilə" verdiyini qeyd edib.
Sputnik-in xəbərinə görə, Lavrov, Latın Amerikasında BRİKS-ə marağın yeni üzvlərin təsiri səbəbiylə çox güclü olduğunu, lakin yeni iştirakçılarla işlərin daha çoxyönlü olacağını və razılığa gəlmək üçün daha çox vaxt lazım olacağını bildirib.
Lavrov bəyan edib ki, 30 dövlət BRİKS ilə tərəfdaşlıq əlaqələri qurmaq istəyir.
Avqust ayında Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən 15-ci BRİKS Sammitində liderlər Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiyanın üzvlük müraciətlərini təsdiqləyiblər.
Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.