Argentina səfiri Naxçıvanın Bakıdakı Nümayəndəliyində olub

13:45 20.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Argentinanın ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyində olub.
Hafta.az yazır ki, argentinalı diplomatla Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov arasında keçirilən səmimi və məhsuldar ruhlu görüşdə bir sıra ikitərəfli siyasi, iqtisadi və digər məsələlər müzakirə olunub. Eləcə də, Argentina səfirinin Naxçıvan Muxtar Respublikasına gözlənilən səfərinin proqramı araşdırılıb. 
Görüşün məqsədi ölkələrimizin xalqları arasında əlaqələri daha da genişləndirmək, iş adamları üçün ticarət imkanları yaratmaqdır.