Argentina səfirliyinin diplomatları Ulduz fabrikində olublar

15:49 11.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Argentina ilə Azərbaycan arasında ticarət dövriyyəsini artırmaq məqsədilə, Argentinanın ölkəmizdəki səfirliyinin nümayəndə heyəti Ulduz fabrikində olub.

Hafta.az yazır ki, səfirliyin nümayəndələri fabrikin beynəlxalq əlaqələr üzrə direktoru Elnur Allahverdiyevlə görüşərək, qarşılıqlı əməkdaşlıq yollarını araşdırıblar. E.Allahverdiyev argentinalı diplomatlara Ulduz fabrikinin, həmçinin fabrikin daxil olduğu şirkətlər qrupunun istehsal etdiyi məhsullarla tanış edib, onlara bəzi məhsulların çeşidləri təqdim edilib. Görüş zamanı, bu ilin may ayında Bakıda təşkil olunacaq növbəti Caspian Agro Sərgisində Argentina şirkətlərinin də iştirakı müzakirə edilib. Qərara alınıb ki, daha çox Argentina məhsulunun Azərbaycan bazarına çıxarılması istiqamətində işlər davam etdirilsin.