Neymar məğlubiyyətdən sonra poker turnirinə qatılıb

11:00 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Braziliya millisinin və "Santos" klubunun hücumçusu Neymar ABŞ-nin Las-Veqas şəhərində keçirilən poker turnirinə qatılıb.

Hafta.az xəbər verir ki, 33 yaşlı futbolçu bu addımı Braziliya yığmasının dünya çempionatında mübarizəni dayandırmasından sonra atıb.

Yarışın giriş haqqı 10 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Braziliya millisi mundialın 1/8 finalında Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.