Artıq Ermənistan hakimiyyətini Qarabağ maraqlandırmır - Erməni polittexnoloq

18:57 05.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Yaxın keçmişdə “Ermənistan Qarabağdır və nöqtə!” deyən Nikol Paşinyan bu gün hakim komandanın digər liderləri kimi Qarabağa getmir…”

“Parlament iclasında Qarabağ məsələləri üzrə komissiya yaratmaqdan imtina Qarabağın artıq Ermənistan hakimiyyəti üçün maraq kəsb etmədiyini göstərir”.

Hafta.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın Aysor.am saytına açıqlamasında siyasi texnoloq Armen Badalyan  bildirib.

“Mövcud rejim və onu dəstəkləyən ictimai-siyasi xadimlər artıq mediada Qarabağ haqqında danışmırlar. Artıq rəsmilərin Qarabağ problemləri ilə məşğul olmaq istəyi yoxdur. Bu problemlərin öhdəsindən gəlmək üçün Ermənistanın indiki hökumətində olmayan bir siyasi təfəkkürə ehtiyac var "- deyən politexnoloq erməni hakimiyyətində nəinki Qarabağın, həm də Ermənistanın gələcəyi ilə bağlı təsəvvürlərin unudulduğunu söyləyib.

Armen Badalyan yaxın keçmişdə “Ermənistan Qarabağdır və nöqtə!” deyən Nikol Paşinyanın bu gün hakim komandanın digər liderləri kimi Qarabağa getmədiyinə də diqqət çəkib. Erməni polittexnoloqun sözləinə görə,  onlar öz təhlükəsizlikləri üçün qorxurlar.

Oxunma sayı 7141
Siyasət rubrikasından digər xəbərlər