Yazını böyüt
Yazını kiçilt
Dünyada yeni silahlanma yarışı artıq qızışır və tərksilah müqavilələri təhlükə altındadır.
Hafta.az xəbər verir ki, bu fikri şənbə günü BMT-nin baş katibi Antonio Quterreş bildirib.
Antonio Quterreş 77 il əvvəl atom bombasına məruz qalmış Xirosimaya səfəri zamanı deyib: "Biz yeni silahlanma yarışının şahidiyik. Ötən əsrdə bağlanmış tərksilah müqavilələri təhlükə altındadır".
A.Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin iştirakçısı olan ölkələrin İcmal Konfransının müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.