Asim Xudiyevə UEFA-dan növbəti TƏYİNAT

18:55 21.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Hafta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək FK “Sutyeska” (Monteneqro) – “Beytar” (İsrail) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Nikşiç şəhərinin eyniadlı stadionunda keçiriləcək.