Astarada 54 yaşlı kişi itkin düşüb - FOTO

13:34 03.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astarada 54 yaşlı kişi itkin düşüb.

 

Hafta.az-ın məlumatına görə, hadisə mayın 1-də rayonun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kəndində qeydə alınıb.

 

Belə ki, həmin kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Daha sonra onun yaxınları polisə müraciət ediblər.

 

Hazırda E.Əzizovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.