Ata 4 il əvvəl qızını öldürərək öz evinin həyətində BASDIRIB

13:18 22.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda ata 4 il əvvəl qızını öldürərək, öz evinin həyətyanı sahəsində basdırıb.

Hafta.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızını qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti aşkara çıxarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Oxunma sayı 99