ATƏT ölkələri Maltanın 2024-cü ildə sədrliyini dəstəkləyir

19:15 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Makedoniya Xarici İşlər Nazirliyinin rəhbəri Bujar Osmani bildirib ki, ATƏT-ə üzv dövlətlər Maltanın gələn il sədrliyini təsdiqləyib. Bu barədə TASS məlumat yayıb.

“Bütün iştirakçı ölkələr Maltanın gələn il yeni sədr olacağı barədə razılığa gəliblər. Həmçinin Şimali Makedoniyanın sədrlik planı işə düşdü, biz ATƏT-in dörd rəhbər postunun - baş katib və muxtar qurumların rəhbərlərinin mandatlarını uzada bildik”, - Osmani bildirib.

Bundan əvvəl Maltanın baş naziri Robert Abela bildirmişdi ki, Estoniyanın namizədliyi təsdiq olunmasa, ölkə gələn ildən ATƏT-ə sədrlik edə bilər.

Oxunma sayı 102
Dünya rubrikasından digər xəbərlər