Yazını böyüt
Yazını kiçilt
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Moldovaya səfər edəcək.
Hafta.az-ın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər oktyabrın 6-da baş tutacaq.
ATƏT sədri Moldova Prezidenti Maya Sandu, Baş nazir Natalia Qavrilita, Baş nazirin müavini, Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku və Baş nazirin Reinteqrasiya üzrə müavini Vlad Kulminski ilə danışıqlar aparacaq.
O, Tiraspolda tanınmamış Dnestryanının lideri Vadim Krasnoselski və baş məsləhətçi Vitali İqnatievlə görüşəcək.
Ann Linde vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüş keçirəcək.