ATMİA-na üzv şirkətlərin təqdimatına həsr olunmuş görüş keçirilib

11:05 21.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakı KOB Evində Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasına (ATMİA) üzv olan şirkətlərin təqdimatından ibarət görüş keçirilib.

Hafta.az-ın yazdığına görə, təqdimatda ATMİA-nın üzvü olan Azərbaycanın qabaqcıl tikinti materialları istehsalçıları məhsul və xidmətləri barədə məlumat veriblər.

Tədbirin əsas məqsədi tikinti materialları istehsalçıları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, bazarlara çıxış imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqların qurulmasından ibarət olub. Görüşdə Norm, Mətanət A, Penetron, Evim İnşaat, RR qrup, SMTS və sair şirkətlərin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) 2017-ci ildə yaradılıb. Assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarətdir.