Avdeyevkada 500 Ukrayna döyüşçüsü 10-15 minlik rus ordusunun hücumuna məruz qalırdı - Komandir

14:27 22.12.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin fevral-mart aylarında Rusiya qoşunları piyadaları ilə Avdeyevka ətrafındakı  Ukrayna qoşunlarının cinahlarını sıxışdıra biliblər. Düşmən oraya çoxlu canlı qüvvə və texnika atıb, Ukrayna qoşunları da itki verərək toparlanmağa vaxt tapmayıb.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Əlahiddə Prezident Briqadasının 2-ci mexanikləşdirilmiş taborunun komandiri İqor Qubarenko “Ukrayinska Pravda”ya müsahibəsində danışıb. Onun batalyonu bir ilə yaxındır ki, Avdeyevka istiqamətinin şimal cinahında müdafiəni saxlayır.

Qubarenko 2023-cü ilin fevral-mart aylarında işğalçıların Avdeyevka ətrafında cinahlardan keçərək şəhəri daha da mühasirəyə almaq üçün “pəncəklər” yaratmağı necə bacardıqlarını izah edib.

“Onlarda səfərbərlik olub. Üstəlik onlar da öyrənirlər, orda yerlilər xidmət etmir. Daha doğrusu, aborigenlər piyada qoşunlarda "ət" kimi xidmət edir, nizami zabitləri isə qoruyur və öyrədirlər. Onlar özləri üçün vacib mövqeləri qoruya bildilər, şəxsi heyəti hazırladılar, əlavə qüvvələr topladılar və müdafiəmizi yarmaq üçün hücuma keçdilər”, - deyə  tabor komandiri bildirib.

Yəni aydın olur ki, ruslar çoxlu sayda piyada ilə cinahları sıxışdırıblar: bir Ukrayna batalyonu üç düşmən briqadasının hücumuna məruz qalıb...

"Piyadaların irəliləməsi üçün onların sayını və müxtəlif marşrutları hesabladıq.  Üstümüzə gələn bütün piyadalar məhv edildi. Amma biz gözləmirdik... Bütün qaydalara görə, bir müdafiə olunan piyadaya qarşı tərəfin 5 piyadası hücum etməlidir.  Amma əgər hesablasaq, bizim bir taborun üzərinə üç Rusiya briqadası hücum edirdi”, - Qubarenko izah edib

Komandir aydınlaşdırıb ki, 500 ukraynalı döyüşçü təxminən 10-15 min rus işğalçısının hücumuna məruz qalıb.