Avropa İttifaqının göndərdiyi missiya özünün hədəflərinə çatmayıb - Politoloq

19:24 26.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Regionda marağı olan güclər hər vəchlə Cənubi Qafqazı özünün nəzarətinə salmağa çalışır. Yenə də Ermənistan kartından istifadə edilir. Avropa Birliyinin missiyasının Ermənistana Azərbaycanla sərhəddə gətirilməsi isə birmənalı qarşılanmır. Belə qeydlər var ki, Qərb, Avropa regionla bağlı Ermənistana yeni ssenarilər hazırlayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli hafta.az-a bildirib ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistana Azərbaycanla sərhəddə göndərilməsi  ilə bağlı qəbul olunan qərar yaxın perspektivdə regionda sülh quruculuğu prosesinə kömək etməyəcək. Onun sözlərinə görə, belə bir qərarın qəbul olunması siyasi-diplomatik, etik qaydalar gözlənilmədən qəbul edilib.

“Ötən ilin əvvəllərində Praqada  Azərbaycan və Ermənistan liderlərinin görüşündə  Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə belə bir razılıq əldə olunmuşdu ki, 2 ay müddətinə bölgəyə müşahidə missiyası göndərilsin.  Avropa İttifaqı bəyan etmişdi ki,  göndərilən müşahidə missiyasınmın məqsədi ilk növbədə regionda etimad mühitinin yaradılması,  sülh prosesinə töhfə verməkdir.  Amma biz ötən ilin sonu və bu ilin əvvəlində cərəyan edən proseslərdən müşahidə edirik ki,  Ermənistan daha da qeyri-konstruktiv, ziddiyyətli mövqe nümyiş etdirib, nəticədə də iki ölkə arasındakı sülh prosesi dayanıb. Bundan belə bir nəticə hasil olunur ki, Avropa İttifaqının göndərdiyi missiya özünün hədəflərinə çatmayıb və  Azərbaycanın xəbəri olmadan 200 nəfərdən ibarət yeni müşahidə missiyasının göndərilməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycan Ermənistanla problemi olan tərəfdir və burda ən azı siyasi diplomatik etiket qaydalarına görə Azərbaycanın da mövqeyi nəzərə alınmalı idi. Amma bizim mövqeyimiz nəzərə alınmır. Na görə də bu missiyanın sülhə töhfə verəcəyini gözləmirəm”.

Politoloq Rusiyanın AB-nin missiyası ilə bağlı mövqeyini bildirərək, bu missiyanın bəyan etdiyi məqsədləri regionda həyata keçirdə bilməyəcəyini önə çəkib. Türkiyənin məsələ ilə bağlı mövqeyi ortada olmasa da, Azərbaycanla koordinasiyalı fəaliyyət göstərdiyi məlumdur.

Oxunma sayı 79
Siyasət rubrikasından digər xəbərlər