Avropa İttifaqı Rusiya neftinin yuxarı həddini müzakirə edir

21:20 30.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bloomberg yazır ki, Avropa İttifaqı Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi imkanını müzakirə edir.

Agentliyin məlumatına görə, Aİ ölkələri və G7-nin üzvləri arasında Rusiya Federasiyasından neftin qiymətinin məhdudlaşdırılması ilə bağlı razılığa gəlmək üçün belə bir qiymətin tətbiqini nəzərdən keçirir.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı (Aİ) ölkələri qiymət tavanı ilə bağlı fikir ayrılıqlarını həll edə bilməsələr də, Avropa Komissiyası (AK) çətin ki, Rusiya xammalının dəniz yolu ilə idxalına embarqonun qoyulması müddətini təxirə salsın.