Avropa İttifaqı Rusiyadan olan oliqarxların ailələrinə təzyiqləri artırmaq niyyətindədir

19:28 16.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı sanksiya siyahılarına daxil edilmiş rusiyalı milyarderlərin ailə üzvlərinə təzyiq göstərmək üçün daha ətraflı hüquqi baza formalaşdırmaq niyyətindədir. Bu barədə Bloomberg mənbələri məlumat yayıb.

Agentliyin həmsöhbətləri qeyd edirlər ki, Avropa Xarici Fəaliyyət Xidməti yaxın vaxtlarda müvafiq qanunu təqdim edəcəyi barədə Aİ-yə üzv dövlətləri xəbərdar edib.

Qeyd olunduğu kimi, genişləndirilmiş meyarlar Estoniya və bir sıra digər ölkələr tərəfindən təklif edilib, onların hakimiyyəti sanksiyalara məruz qalan şəxslərin məhdudiyyətlərdən yan keçərək pul və aktivlərini köçürə biləcəyindən ehtiyat edir.