Avropa İttifaqı Rusiyanın Donbassda payladığı PASPORTLARI TANIMAYACAQ

17:31 22.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Aİ səfirləri "DXR və LXR-ə qarşı sanksiyalar barədə razılığa gəliblər. Hafta.az xəbər verir ki, “Politico” avropalı diplomatlar arasında olan mənbələrə istinadən xəbər verir ki, Aİ ticarət əlaqələrini məhdudlaşdırmaqla yanaşı, Donbass "respublikalarının" ərazisində verilmiş Rusiya pasportlarını da tanımayacaq.

Sanksiyaların 2014-cü ildə Krım Respublikasına qoyulan məhdudiyyətlər layihəsi çərçivəsində hazırlandığı vurğulanır.

“Görünür, sanksiyalar 2014-cü ildən bəri gördüyümüz problemi həll edə bilməyib. Qərb bundan özü üçün ibrət dərsi götürməlidir”, - adının çəkilməsini istəməyən yüksək rütbəli diplomat bildirib.
Aİ ölkələrinin diplomatik nümayəndələrinin və xarici işlər nazirlərinin fevralın 22-də keçiriləcək növbədənkənar toplantısı Ukraynadakı mövcud vəziyyətin müzakirəsindən ibarət olacaq. Bunun məhdudlaşdırıcı tədbirlər paketinin rəsmi təsdiqi üçün əsas olacağı gözlənilir.