Yazını böyüt
Yazını kiçilt
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev yenidən əsas komandanın heyətinə cəlb olunub.
Hafta.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
Aprel ayında intizam qaydalarını pozduğuna görə əsas komandadan uzaqlaşdırılan müdafiəçi artıq yeni mövsümün hazırlıq prosesinə qoşulub.
Ağdam təmsilçisinin yay təlim-məşq toplanışı üçün Avstriyaya yollanan heyətində yer alan 25 yaşlı oyunçu da komanda ilə birlikdə səfərə çıxıb.