Avropa İttifaqı Ukraynaya 5 milyard ayırdı 

23:55 09.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) Ukraynaya 5 milyard avro həcmində makromaliyyə yardımı ayrılmasına razılıq verib.

 

Bu barədə Avropa İttifaqı Şurasına rəhbərlik edən Çexiyanın Maliyyə Nazirliyi məlumat yayıb.

 

Ölkənin maliyyə naziri Zbinek Staniura qeyd edib ki, 5 milyard avro dövlətin gündəlik fəaliyyətini dəstəkləməyə sərf olunacaq.

 

Bundan başqa Aİ Ukraynaya 9 milyard avro məbləğində kredit verib.