Avropa Klublar Birliyinin iclasında COP29-da yaradılan alyansla bağlı rəsmi müraciət olacaq

15:39 22.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropanın bütün klublarına Bakıda COP29 çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə yaradılmış iqlim dəyişikliyinə qarşı birgə alyansa qoşulmaq təklif olunacaq.

Bu barədə hafta.az-a “Qarabağ” və Avropa Klublar Birliyinin İdarə Heyətinin üzvü Asif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, müraciət ECA-nın dekabrın əvvəlində planlaşdırılan iclasında ediləcək və quruma üzv olan Azərbaycan təmsilçilərinə də şamil olunacaq.

Qeyd edək ki, birgə alyans noyabrın 16-da Bakıda “Qarabağ”, “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç ) klublarının iştirakı ilə yaradılıb.