Avropa Komissiyası Orbanın Ukraynanın Birliyə üzvlüyü ilə bağlı mövqeyi ilə razılaşmayıb

16:26 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyası (AK) Macarıstanın baş naziri Viktor Orbanın Ukraynanın regional birliyə daxil olması ilə bağlı danışıqlara 2023-cü ilin dekabrında başlamaq tövsiyəsinin əsassız olduğu bəyanatı ilə razılaşmır. TASS xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) ali icra orqanının nümayəndəsi Ana Pizonero bildirib.

O qeyd edib ki, Kiyev beynəlxalq təşkilata üzv olmağa hazırlaşarkən “təsirli iş” edib. Bu baxımdan Brüssel Budapeştin mövqeyi ilə razılaşa bilmir.

“Bizim təklifimizin əsassız olduğuna inanmırıq”, o, aydınlıq gətirib.

Həmçinin, Aİ-nin ali icra orqanının nümayəndəsi əlavə edib ki, indi Ukraynanın regional birliyə qəbul edilməsi barədə qərarı onun üzv ölkələri verməlidir. AK isə öz növbəsində ona həvalə edilmiş tapşırığı yerinə yetirib və müvafiq danışıqlara başlamağı tövsiyə edib.

Oxunma sayı 93