Avropa Komissiyası Fransa, İspaniya, İrlandiya və Niderlanda qarşı Avropa Ədalət Məhkəməsində iddia qaldırıb.
Hafta.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildirilib.
Qeyd edilib ki, buna səbəb, bu ölkələrin “Brüssel NIS2” kibertəhlükəsizlik direktivinin - Avropadakı kritik infrastruktur və şirkətlərin kiberhücumlara qarşı müdafiəsini gücləndirmək üçün vahid rəqəmsal təhlükəsizlik qanununun müddəalarını milli qanunvericiliklərinə tətbiq etməmək qərarıdır. Qeyd olunur ki, Aİ üzv dövlətlərindən direktivin müddəalarını 2024-cü ildən etibarən qanunvericiliklərinə tətbiq etmələri tələb olunurdu.
Əksər ölkələr bu tələbə əməl etsə də, Aİ-nin dörd üzv dövləti prosedurun tam başa çatması barədə Avropa Komissiyasına məlumat verməyib.