“Serbiyalı həmkarımızla sıx müzakirəmiz xüsusi əhəmiyyət kəsb edir. Çünki günümüzdə vətənpərvər liderlər siyasi, hüquqi, hətta fiziki vasitələrdən istifadə olunaraq məhv edilməyə çalışılır”.
Hafta.az-ın yazdığına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazir bildirib ki, bu hallar Macarıstanla qonşu ölkələrdə çox aydın görünür.
Cənab Siyatro Çexiyada seçkidə qalib gəlmək ehtimalı yüksək olan vətənpərvər partiya liderinin mitinqdə döyülməsini misal göstərib.
“Slovakiyada vətənpərvər baş nazir az qala öldürülürdü. Avstriyada qalib gəlmiş vətənpərvər partiya hökumət məsuliyyətini üzərinə götürmək imkanından məhrum edilib. Serbiyada xalqın iradəsi ilə seçilmiş vətənpərvər prezidenti xaricdən idarə olunan zorakı nümayişlərlə açıq-aşkar hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər” deyən nazir Siyatro xarici qüvvələrin Macarıstanda da oxşar ssenari icra etmək istədiyini bildirib.
“Brüssel bürokratiyası Macarıstanda da bizim yerimizə oyuncaq hökumət qurmaq üçün mövcud olan bütün maliyyə, hüquqi və siyasi alətlərdən istifadə edir”, - nazir bəyan edib.