Avstraliyada içində kokain olan sirli paketlər tapılıb

11:14 28.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliya polisi, içində 120 kiloqramdan çox kokain olduğu güman edilən sirli paketlərin tapılmasından sonra bəzi çimərlikləri yoxladığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, polis, ötən cümə Sidneyin şimalındakı Magenta çimərliyi yaxınlığında 1 kiloqram ağırlığında 39 ədəd qablaşdırılmış kokainin ilk partiyasının tapıldığını söyləyib. Ştat polisi, o vaxtdan bəri Yeni Cənubi Uels sahillərindən 80 kilometr aralıda eyni ölçülü təxminən 85 əlavə paketin aşkar edildiyini bildirib.

Polis rəisi Ceyson Vaynşteyn bildirib ki, polis vətəndaşları şübhəli paketlər barədə məlumat verməyə çağırır. Vaynsteyn, "Müstəntiqlər və ixtisaslaşmış polislər hazırda çimərliklərdə yapışmış bağlamalar üçün axtarış aparır, günahkarları tapmaq və mühakimə etmək üçün pərdə arxasında iş aparırlar" deyib.