Avstriya vətəndaşları NATO-ya qarşıdır

19:45 11.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avstriya vətəndaşlarının böyük əksəriyyəti ölkənin NATO-ya daxil olmasına qarşı çıxıb. Sorğu 2023-cü il martın 6-dan 9-dək aparılıb.

Avstriyanın “Exxpress” nəşri INSA İnstitutunun araşdırmasına istinadən yazır.

Araşdırmaya görə, avstriyalıların 84 faizi neytrallığın tərəfdarıdır və yalnız 7 faizi ölkəni Şimali Atlantika Alyansının üzvü görmək istəyir. Respondentlərin qalan hissəsi biganə mövqe tutub və ya cavab verməkdən imtina edib.

Nəşr onu da qeyd edir ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra NATO-ya qoşulmama tərəfdarlarının faizi artıb. 2022-ci ilin mayında rəyi soruşulanların 19 faizi NATO-ya üzv olmağın lehinə, 71 faizi isə əleyhinə olub.