Avtobusda sürücü və sərnişin bir-birinə atəş açıb

11:16 31.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da avtobusu istədiyi yerdə saxlada bilməyən sərnişin sürücü ilə mübahisə edib və nəhayət, tapança çəkərək bir-birinə atəş açıblar.

Hafta.az-ın “New York Post”a istinadən yazdığına görə, hadisə Şimali Karolina ştatının ən sıx məskunlaşdığı Şarlotta şəhərində baş verib. Görüntülər iki gün əvvəl yayılıb.

Mübahisə Omarri Şariff Tobias dayanacaqdan başqa yerdə enmək istəyəndə başlayıb. Sürücü David Fullard Tobiasın növbəti dayanacaqa qədər gözləməli olduğunu söyləyib. Təxminən iki dəqiqəlik müzakirədən sonra Tobias silah çəkərkən Fullard da öz silahını çıxarıb.

Şarlotta Ərazisi İctimai Tranzit Sisteminin sözçüsü Brandon Hunter CNN International-a bildirib ki, ilk atəşi kimin açdığı bəlli deyil. Səlahiyyətlilər Fullardın qolundan, Tobiasın isə mədəsindən güllə yarası aldığını bildiriblər. Avtobusun təhlükəsizlik kamerasına düşən həmin anlarda Fullar avtobusun qapısını açır. Tobias salonda arxaya doğru sürünərkən Fullard yenidən silahdan atəş açır.

Səlahiyyətlilər Tobias və başqa bir sərnişinin orta qapıdan çıxdığını, sürücünün isə ön qapıdan düşüb yenidən atəş açdığını bildirib. Xəstəxanaya aparılan Fullard və Tobiasın həyati təhlükəsinin olmadığı, həmin vaxt avtobusda olan iki sərnişinin də xəsarət almadığı açıqlanıb.

Şarlotta-Meklenburq Polis Xidməti Tobiasın güllə yaraları, hədələmə və odlu silah saxlama ittihamı ilə mühakimə olunduğunu bildirib. Girovu 250 min dollar olan Tobias iyunun 6-da məhkəmə qarşısına çıxacaq. Fullardın cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi hələlik məlum deyil. Bununla belə, sürücü işdən çıxarılıb.

Şarlotta Ərazisinin İctimai Nəqliyyat Sistemi, Fullardın standart prosedura əməl etmədiyini bildirib: “Sürücünün növbəti avtobus dayanacağına çatmazdan əvvəl şübhəli/sərnişini avtobusdan enməsinə icazə verməklə gərginliyi azaltmağa çalışması məntiqli olardı”.