Yazını böyüt
Yazını kiçilt
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az bildirir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil qarşısına çıxan iki baş mal-qaranı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.