Avtomobildən 1 kiloqramdan çox marixuana aşkarlanıb

14:34 31.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Kamran İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, avtomobilə baxış zamanı oradan 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.