Avtomobildən külli miqdarda pul oğurlandı - Bakıda qarət 

10:41 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Hafta.az-ın məlumatına görə, hadisə mayın 14-də Nəsimi rayonu “28 May” küçəsində baş verib. Bakı şəhər sakini F.Məmmədova məxsus “Mercedes” markalı avtomobildən 36 min dollar pul oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qubadlı rayon sakini, əvvəllər zorlamaya görə məhkum olunan Alqayıt Hacıyev saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.