Avtomobildən oğurluq edən şəxs saxlanılıb

15:04 27.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu rayonunda oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən 1000 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Bədəlov saxlanılıb.