Avtomobilini hasara çırpan sürücü öldü

16:11 17.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəpəz rayonunun Hacıkənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, fevralın 16-da saat 16 radələrində Kəpəz rayonunun Hacıkənd qəsəbəsi ərazisində Gəncə şəhər sakini Cəlal Mustafayev idarə etdiyi “Niva” markalı avtomobili yolun kənarındakı hasara vurub.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.