Axtarışda olan 4 nəfər saxlanıldı

11:58 22.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də 10 cinayətin üstü açılıb. 

Onlardan 1-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 2 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.