AYNA: "Qırmızı Körpü” gömrük postunda 160 yük avtomobili gözləyir

13:10 14.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 160 yük avtomobili gözləyir.

Hafta.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər yayıb.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 54, "Mazımqara" gömrük postunda 24, "Astara" gömrük postunda 103, "Biləsuvar" gömrük postunda 70, “Xanoba” gömrük postunda 7 yük avtomobili var.