AYNA 2 avtobusa görə xəbərdarlıq edəcək

18:41 26.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Marşrut avtobusları tərtib olunmuş sxem və qrafik üzrə hərəkət etməlidir.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, 202 və 45 saylı marşrutların daşıyıcılarına onların nizamlı fəaliyyətinin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı xəbərdarlıq ediləcək.

Qeyd edək ki, həmin avtobusların günün pik saatlarında öz hərəkət sxemini dəyişməsi sərnişinlərin narazılığına səbəb olur.