AYNA sürücülərə xəbərdarlıq edib

11:23 23.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqda digər nəqliyyat vasitələrinin hərəkət etməsi inzibati məsuliyyət yaradır.

Hafta.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülərə qarşı aidiyyəti qurum tərəfindən qanuna müvafiq tədbirlər həyata keçirilir.

AYNA sürücüləri avtobus zolaqlarının tələblərinə riayət etməyə çağırır.