Azad edilmiş ərazilərə ötən il 33 ceyran buraxılıb

11:25 13.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərə 2022-ci ildə 33 baş ceyran buraxılıb.

Hafta.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu rəqəm respublika üzrə 240-dır.