Azad edilmiş ərazilərimizdə 21 nəfər minaya düşüb

16:37 10.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

10 noyabr 2020-ci il tarixindən bu günədək işğaldan azad edilmiş ərazilərdə 10 mülki şəxs minaya düşərək həlak olub, 11 mülki şəxs isə yaralanıb.

Bu barədə hafta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan və ərazilər minalardan təmizlənənədək həmin ərazilərə səfər etməmələrini xahiş edib.