Yazını böyüt
Yazını kiçilt
Kuba prezidenti Migel Dias Kanel şəxsi X hesabında Kuba və Fələstin bayraqlarını yan-yana paylaşıb.
Hafta.az-ın yazdığına görə, Kanel yazısında, "Kubalılar üçün Fələstin sevgi dolu, qardaş ölkədir. Onların haqlı davası həmişə inqilab tərəfindən müdafiə olunub. Son zamanlar Azad Fələstin Dövlətinə qarşı baş verən əzab və vəhşilik insanlıq üçün utancvericidir” deyib.
Xatırladaq ki, Kanel dekabrın 29-da Qəzza hadisələri ilə bağlı da paylaşım etmişdi.
Kanel, "Dünyanın təcili olaraq soyqırıma qarşı hərəkətə keçməsi lazımdır. Fələstin xalqına qarşı törədilən zorakılıq yalnız nasistlərin IIGM-də yəhudilərə etdikləri ilə müqayisə oluna bilər" deyə bildirmişdi.