“Azad mediaya hücum demokratiyanın əsaslarına hücumdur” – Səfir

10:36 10.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Estoniyanın Gürcüstandakı səfiri Marqe Mardisalu-Kahar diplomatik korpusun nümayəndələri tərəfindən İnqorogva Klinikasında “TV Pirveli”nin çəkiliş qrupunun ziyarət edilməsinə münasibət bildirir.

Hafta.az-ın yazdığına görə, Marqe Mardisalu-Kahar X sosial şəbəkəsində yazıb:

“Almaniya, ABŞ, Birləşmiş Krallıq, Danimarka, Latviya, İsveç, Litva və Estoniyanın səfirlərinin şiddətli döyülmə səbəbilə xəstəxanaya yerləşdirilən “TV Pirveli”nin iki jurnalistinə dəstək üçün spontan səfərii edib. Azad mediaya hücum demokratiyanın əsaslarına hücumdur. Günahkar şəxslər cəzalandırılmalıdır”, – Marqe Mardisalu-Kahar yazır.