Azərbaycan – Macarıstan oyununun keçiriləcəyi stadion açıqlanıb

18:00 04.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan milli komandasının Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri müəyyənləşib.

AFFA-dan hafta.az-a verilən məlumata görə, millimiz rəqibini iyunun 10-da “Liv Bona Dea Arena”da qəbul edəcək.

Qarşılaşmanın başlama saatı barədə daha sonra məlumat veriləcək.