Azərbaycan BMT-nin İnsan Hüquqları Ofisi üçün ianə edib

14:29 28.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan BMT-nin İnsan Hüquqları Ofisinin fəaliyyətləri üçün ianə edib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT Ofisi yanında Daimi Missiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan BMT-nin İnsan Hüquqları Ofisinin 2023-cü il üçün İnkişaf Hüququnun təşviqi və müdafiəsi üzrə fəaliyyətini dəstəkləmək üçün 26 000 ABŞ dolları məbləğində könüllü maliyyə yardımı edib.