“Suverenliyin Bərpası Günü Azərbaycanın tarixində fəxarət hissi ilə qeyd edəcəyimiz bir gündür. 2023-cü ilin bu tarixində erməni separatçılarına qarşı aparılan bir günlük antiterror əməliyyatı dünyaya örnək olacaq bir nümunədir”.
Bunu hafta.az-a hərbi ekspert Emin Həsənli Prezidentin sərəncamı ilə 20 sentyabrın Suverenliyin Bərpası Günü kimi qeyd edilməsi və bu tarixin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.
E.Həsənli dövlət suverenliyimizin bərpasını Azərbaycan tarixində ən əlamətdar hadisələrdən biri kimi qeyd edib. O, həmin tarixi eyni zamanda Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərənin işğaldan azad olunduğu gün kimi dəyərləndirib.
“Biz 44 günlük müharibədə ərazi bütövlüyümüzü təmin etmişdik. 2023-cü ildə bütünlükə dövlət sərhəddini bərpa etdik. Ötən ilin 19 sentyabrında isə bir gün keçirlən antiterror əməliyyatı ilə separatçıların tamamilə ərzilərimizdən çıxarılması baş verdi. 44 günlük müharibədən sonra dünya tədqiqatçıları necə araşdırmalar aparıb, qısa sürən bu müharibədə hərbi əməliyyatları öyrənmək istədilər, eləcə də bir günlük antiterror əməliyyatı da öyrənilməli, tədqiq olunmalıdır. Antiterror əməliyyatında mülki əhali ilə davranış, terrorçuların zərərsizləşdirilməsi, heç bir mülki insanın əsir götürülməməsi, onlara yaşayış imkanı yaradılması mühüm amildir və br çox dövlətlər üçün nümunə ola bilər. Azərbaycan dövləti həmin ərazilərdə olan ermənilərə Azərbaycan qanunları ilə yaşamaq istədikləri təqdirdə hüquqlarının Azərbaycan ərazilərində yaşayan digər xalqlarda olduğu kimi qorunacağını elan etmişdi. Lakin ermənilər könüllü olaraq əraziləri tərk etdilər. Bütün hallarda heç bir mükli insana xəsarət yetirilmədi. Bu baxımdan da 19 sentyabr antiterror əməliyyatı beynəlxalq hüquq və bir çox məsələlər baxımından analoqu olmayan br hadisədir. Azərbaycan bu əməliyyatı dünyaya örnək olacaq bir səviyyədə keçirdi. Allah Şəhidlərimizə rəhmət eləsin. qazilərimizə cansağlığı versin”.