Azərbaycan çempionu Avropa Kubokuna qələbə ilə başlayıb

20:37 26.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda ilk oyununu keçirib.

Hafta.az xəbər verir ki, mübarizəyə II mərhələdən start verən Mingəçevir klubu Kiprin “Parnassos Strovolu” kollektivini sınağa çəkib.

Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində oynanılan qarşılaşmanı xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorak idarə ediblər. Görüş Azərbaycan çempionunun 35:31 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tərəflər arasındakı razılaşmaya əsasən, cavab oyunu oktyabrın 27-də eyni məkanda təşkil olunacaq.