Yazını böyüt
Yazını kiçilt
Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib.
Hafta.az xəbər verir ki, Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.
İki gün davam edəcək turnirdə Azərbaycan, Almaniya, Macarıstan, İsrail, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə və Ukraynanı təmsil edən idmançılar U-14 və U-16 yaş kateqoriyalarında tatamiyə çıxırlar. Yarış iştirakçılarının 245-i oğlan, 44-ü isə qız cüdoçudur.