Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi vəfat edib

13:15 26.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının III kurs tələbəsi Ülvi Xankişiyev vəfat edib.

Bu barədə məlumatı APA-ya Azərbaycan Dövlət Dəniz Akademiyasından təsdiqləyiblər.

Bildirilib ki, tələbənin hansı səbəbdən həyatını itirməsi barədə məlumat yoxdur.

Qeyd edək ki, sosial şəbəkədə Ülvi Xankişiyevin intihar etməsi barədə informasiya yayılıb.

Oxunma sayı 1675