Azərbaycan əhalisinin sayı AÇIQLANDI

13:10 15.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İlin əvvəlindən ölkə əhalisinin sayı 28833 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10209603 nəfərə çatıb.

Bu barədə hafta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,5 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,5 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.