“Shamakhi Open 2026” Beynəlxalq Şahmat Festivalına start verildi

17:08 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Shamakhi Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, mərasimdə təşkilatçılar və qonaqlar iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb və turnirin şahmatın inkişafına verdiyi töhfəni vurğulayıblar.

Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı müxtəlif ölkələrdən olan şahmatçılar mübarizə aparır.

Yarış FIDE qaydalarına uyğun keçirilir, nəticələr beynəlxalq reytinqə hesablanır.